Çempion "Mersedes"i “Ferrari”yə dəyişmədi

Çempion "Mersedes"i “Ferrari”yə dəyişmədi

Formula 1 yarışlarının altıqat çempionu Luis Hamilton “Ferrari”nin təklifini rədd edərək, “Mersedes” komandasını üstün tutub. Sky Sport Italia-nın məlumatına görə, o, Mixael Şumaherin çempion titullarına sahib çıxaraq, onun rekorduna imza atmağı arzulayır.

Qeyd edək ki, “Ferrari”nin digər pilotu Sebastyan Fettel də komanda ilə yeni müqavilə imzalamağı rədd etmişdi. Mövsümün sonunda pilotun komandanı tərk edəcəyi gözlənilir.

“Ferrari” S.Fettelin yerinə üç pilotu birdən hədəf alıb. Komanda “Maklaren”dən Karlos Saynsı, “Reno”dan Daniel Rikkiardo, “Alfa Romeo”nun şərəfini qoruyan Antonio Covinasini gözaltı edib.