“Synergy Baku Cycling Projekt” komandasının velosipedçisi ikinci olub

“Synergy Baku Cycling Projekt” komandasının velosipedçisi ikinci olub

Çin Xalq Respublikasında keçirilən "Tour of Qinghai Lake 2013” beynəlxalq velosiped yarışına yekun vurulub.
Lanjou şəhərində keçirilən sonuncu dairəvi velosiped yarışı 96 kilometr məsafəni əhatə edib. Azərbaycanı bu mötəbər yarışda təmsil edən "Synergy Baku Cycling Projekt” komandası sonuncu mərhələdə uğurlu nəticə göstərib.
"Synergy Baku Cycling Projekt” komandasının velosipedçisi Riko Rogers finişə ikinci gəlib. O, 96 kilometr məsafəni 1 saat 56 dəqiqə 45 saniyəyə qət edib. 13-cü mərhələnin qalibi ABŞ-ın "UnitedHealthcare Presented by Maxxis” komandasının velosipedçisi Jakob Keoq olub.