Monako Qran-Prisinin vaxtı açıqlandı

Monako Qran-Prisinin vaxtı açıqlandı

Formula-1 üzrə dünya çempionatının Monakoda keçiriləcək növbəti mərhələsinin tarixi müəyyənləşib.

Bunu Monako Avtomobil Klubu açıqlayıb.

Koronavirus pandemiyası üzündən 2020-ci ildəki yarışın ləğv olunduğu “Knyazlıq”da növbəti mərhələ 2021-ci mayın 20-23-dək yarışa ev sahibliyi edəcək. “Cırtdan ölkə” gələn il daha iki yarışı qəbul etməyi planlaşdırır. Aprelin 23-25-də retro avtomobillərin qatılacağı Monako Qran-Prisi, mayın 8-də Formula-E-nin mərhələsi baş tutacaq.

Qeyd edək ki, Monte-Karloda ilk avtomobil yarışı 1929-cu ildə təşkil olunub. “Knyazlıq” 1950-ci il və 1955-ci ildən indiyədək Formula-1​ yarışlarını qəbul edir.