Həbib​ Makqreqorun cavabını verib

Həbib​ Makqreqorun cavabını verib

İrlandiyalı döyüşçü Konor Makqreqor öz versiyasına əsasən, UFC tarixinin ən güclü dörd döyüşçüsünün adını açıqlayıb.

O, birinci yerdə Anderson Silvanı, ikinci yerdə özünü, üçüncü yerdə Jorj Sen-Pyeri, dördüncü yerdə isə Con Consu qeyd edib.

Həbib Nurməhəmmədov siyahıda yer almayıb. Dağıstanlı döyüşçü buna cavab olaraq Konora xitabən Tvitterdə yazıb: “Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan.

Heç vaxt UFC və "Cage Warriors" titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.