İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor şəxsi instaqram səhifəsində paylaşdığı video ilə izləyicilərini çaşqınlığa salıb. Belə ki, idmançı bu dəfə arı yemək ilə gündəmə gəlib. Videoda idmançının qurudulmuş arı ilə olan qabı açaraq, onları yeməyə başladığı görünür. Azarkeşlərə döyüşçünün bu hərəkəti hansı səbəbdən etdiyi qaranlıq qalıb. Onlar paylaşıma “O bunu niyə edir?”, “Əgər K.Makqreqorun arı yeməyi MMA-nın əsas mövsusudursa, o zaman mən daha heçvaxt idman xəbərləri oxumayacağam” kimi şərhlər yazıblar.
Döyüşçünün çaşqınlıq yaradan videosu
 
             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                        jpeg-1761331217.jpeg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        