Federasiya Kubokunun tarixi dəyişdirildi

Federasiya Kubokunun tarixi dəyişdirildi

Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.  
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat katibi Pərviz Musayevin “Olimpiyadunyası.com” və “Olimpnew.az” saytına verdiyi xəbərə görə, Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq federasiya rəhbərliyi tərəfindən iyunun 6-da keçirilməsi nəzərdə tutulan yarış müvafiq olaraq 9 iyun tarixində keçiriləcək: 
“Bildiyiniz kimi, iyunun 6-da Respublika Velotrekində trek üzrə yarış təşkil olunmalı idi. Lakin Nazirlər Kabinetinin qərarına uyğun olaraq biz bu yarışın tarixini dəyişdik. Federasiyanın qərarı ilə 3 iyun Ümumdünya Velosiped Gününə hərs olunacaq trek üzrə Federasiya Kuboku iyunun 9-da keçiriləcək. Yarışın təşkil olunmasında əsas məqsəd karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini yoxlamaqdan ibarətdir. Yəni bu yarış vasitəsi ilə bir növ idmançıların fiziki hazırlıqlarını yoxlamaq istəyirik”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.