21 yaşlı Avropa çempionu həlak olub

21 yaşlı Avropa çempionu həlak olub

Yeniyetmələr arasında stolüstü tennis üzrə Avropa çempionu Yelizaveta Medveski pəncərədən yıxılaraq həlak olub. 21 yaşlı idmançı Kişinyovda yerləşən evinin 16-cı mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. İdmançının ailəsi onun intihar etdiyinə inanmadığı qeyd edir. Tennisçinin qohumları isə hadisənin təsadüfən baş verdiyinə əmindirlər. İdmançının ölüm faktı araşdırılır.

Qeyd edək ki, ​ Yelizaveta Medveski stolüstü tennis üzrə idman ustası olub. O, 2010-cu ildə keçirilən Avropa çempionatının qızıl medal, həmçinin Moldovanın regional və milli turnirlərində qələbə qazanıb.