Tennis dünyası peyvəndi gözləyir

Tennis dünyası peyvəndi gözləyir

Qadın Tennisçilər Assosiasiyasının (WTA) prezidenti Mikki Loyler koronavirusa qarşı peyvənd olmadan tennisçilərin yarışlarda iştiraklarının çətin olacağını bildirib.

M.Loyler​ qurumun​ mövsümü​ bərpa​ etmək​ üçün​ əlindən​ gələni​ etdiyini​ deyib.​ O, ancaq yarışların dünyanın müxtəlif ölkələrində keçirilməsinin işləri çətinləşdirdiyini vurğulayıb. WTA prezidenti açıq ABŞ çempionatının keçiriləcəyi təqdirdə, regionda digər turnirlərin də təşkil ediləcəyini bildirib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün ATP və WTA turnirləri iyulun 31-dək dayandırılıb.