"Rəqibim sərxoşluqdan ayıla bilmir”

"Rəqibim sərxoşluqdan ayıla bilmir”

Yüngül çəkidə mübarizə aparan UFC döyüşçüsü Castin Getji Konor Makqreqorun “Twitter”də karyerasını bitirdiyini açıqlamasına reaksiya verib.

Ceksonvilldə (ABŞ, Florida) baş tutan UFC 249 turnirində Toni Ferqyusona qalib gələndən sonra daha da məşhurlaşan amerikalı idmançı ocial şəbəkədə belə yazıb:

“Xoşbəxtlikdən bütün yaşlı insanlar evdən bayıra çıxmır. Çünki, bu oğlan yenə dəmdi. Sərxoşluqdan ayıla bilmir. Hələlik».