Tennis ustası şərhçi olmağa qərar verdi

Tennis ustası şərhçi olmağa qərar verdi

Böyük Britaniyanın keçmiş birinci raket ustası Enn Keotavonq karyerasının başa vurmaq qərarına gəlib. 29 yaşlı idmançı bundan sonra televiziyada şərhçi kimi işləməyə qərar verib.
Tennisçi deyib: "Düşünürəm ki, mən tennisdən əla formada gedirəm. Laura Robson və Hiter Uotsonun məni Böyük Britaniya yığmasının heyətində ləyaqətlə əvəz edəcəklərinə inanıram. Bu qərarı qəbul edənə qədər çox fikirləşmişəm. Düşündüm ki, həyatımın yeni səhifəsini açmağın vaxtı gəlib çatıb”.
Qeyd edək ki, britaniyalı tennisçi öz karyerası ərzində 20 titula sahib olub. Keotavonq WTA-nın reytinqində ən yüksək yerini 2009-cu ilin əvvəlində (48-ci yer) əldə edib.