Triatlonçumuz reytinq cədvəlində irəlilədi

Triatlonçumuz reytinq cədvəlində irəlilədi

Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.​​ Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 2 pillə irəliləyib.​​ Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.