Çempion üstünlüyü ələ aldı

Çempion üstünlüyü ələ aldı

Norveçli​​ dünya​ çempionu​​ Maqnus​​ Karlsen​ “Chessable​​ Masters”​​ yarışının​​ final​​ oyununun​​ ilk​​ matçında​​ hollandiyalı şahmatçı​​ Aniş​​ Qirini​​ məğlub​​ edib.​​ İyulun​ 3-də​​ onlayn​​ formatda​​ keçirilən​​ matçda​​ M.Karlsen​​ tay-brekdə​​ rəqibinə 3,5:2,5​​ hesabla​​ qalib​​ gəlib.

Bu​​ gün​​ mərhələnin​​ ikinci​​ matçı​​ oynanılacaq.​​ Qeyd​​ edək​​ ki, “Chessable​​ Masters”​​ M.Karlsenin​​ təşkilatçılığı​​ ilə​​ keçirilən​​ seriya​​ turnirinin​ üçüncü​​ mərhələsidir.​​ Bu mərhələnin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.​​ Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsinin - “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələdə - “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb. Seriya çərçivəsində növbəti mərhələ - “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.