Tennisçilərə təzminat ödəniləcək

Tennisçilərə təzminat ödəniləcək

Bu il Avstraliya açıq tennis turniri keçirilsə də, pandemiya digər 3 “Böyük dəbilqə” seriyalı turnirin təşkil edilməsinə mane oldu. “Rolan Qarros” və “US Open” turnirləri başqa vaxta keçirilib.

“Uimbldon” turniri sığortalandığına görə ləğv edilib. Böyük Britaniyadakı turnirin təşkilatçıları tennisçiləri də unutmayıb. Belə ki, “Uimbldon”un təşkilat komitəsi turnirdə iştirak etməyə hazırlaşan 620 tennisçiyə təzminat ödəmək qərarına gəlib. Əslində, turnirin rəhbərliyinin üzərində belə bir öhdəliyi yox idi. Amma sığorta şirkətindən yarışın təşkil olunmayacağına görə yardım alan “Uimbldon” rəhbərliyi tennisçiləri də nəzərə almaq fikrinə düşüb. Bunun üçün tennisçilərə ümumilikdə 11 milyon funt sterlinq ayrılıb.
Britaniya mətbuatının məlumatına görə, təsnifat mərhələsində iştirak etməli olan 224 tennisçi 12,5 min funt sterlinq qazanacaqdsa, fərdi yarışların əsas mərhələsində çıxış etməli olan raketka ustaları 25 min dollar təzminat alacaqlar. Cütlüklərin yarışlarında mübarizə aparacaq 120 tennisçi 6,25 min, əlillərin yarışında çıxış edəcək 16 tennisçi 6 min funt sterlinqə sahib çıxacaq.