Ulduzun kartı rekord məbləğə​ satıldı

Ulduzun kartı rekord məbləğə​ satıldı

Basketbol üzrə​ ABŞ millisinin üzvü Lebron Ceymsin illüstrasiyası olan imzalı kart hərraca çıxarılıb. «Olimpiyadunyası.com»«Sport İllustrated»ə​ istinadən xəbər verir ki, həmin kart hərracda 1,8 milyon dollara satılıb. Qeyd edək ki, kartın üzərində​ Lebron «Klivlend» formasında​ əks olunub. Bu ulduz basketbolçunun ilk debüt matçından bəhs edən illüstrasiyadır. Xatırladaq ki, bundan​ əvvəl besbolçu Mayk Trauta məxsus olan kart hərracda 992,5 min dollara satılmışdı.