Döyüşçü gözlənilməz səbəbdən çempionluqdan imtina etdi

Döyüşçü gözlənilməz səbəbdən çempionluqdan imtina etdi

MMA-nın rusiyalı qarışıq üslub döyüşçüsü Rinat Fəxrəddinov "Gorilla Fighting Championship"(GFC)​ çempionluq kəmərindən müsəlman qardaşlarına görə imtina edib. R.Fəxrəddinov bildirib ki, dini əqidəyə görə müsəlmanlarla mübarizə aparmır. Titul uğrunda mübarizə aparanlar isə müsəlman Fəridun Odilov və Dauren Yermekovdur.

“Mübarizə döyüşdür, ona hazırlaşıb çıxmaq lazımdır. Bu əsl müharibədir.​ Qardaşlarımla belə mübarizə apara bilmərəm. Çıxıb qəfəsdə mənasız dayanmaq və üzə zərbə endirmək istəmirəm”, - deyə o qeyd edib.
Döyüşçü həmçinin karyerasını bitirmək niyyətində olmadığını açıqlayıb. “Mən heç bir halda qayıtmayacağımı demirəm. Görək, kim çempion olacaq.​ Prinsiplərimi pozmamaq üçün bu kəmərdən imtina etdim”, - deyə döyüşçü bildirib.
Qeyd edək ki, MMA qaydalarına görə Rinat Fəxrəddinovun hesabında 18 qələbə və iki məğlubiyyət var. Son dəfə o, hakimlərin yekdil qərarı ilə braziliyalı Conni Karlos üzərində qələbə qazanıb.