Məşhur tennisçi uşaqları sevindirib

Məşhur tennisçi uşaqları sevindirib


Tennis üzrə dünya çempionu serbiyalı Novak Cokoviç uşaqlar üçün master-klass keçib. Məşhur tennisçi məşqdən sonra uşaqları korta dəvət edib.
"Növbəti məşqim başa çatdıqdan sonra zalda olan uşaqları korta çağırdım. Onlar öz bacarıqlarını böyük həvəslə nümayiş etdirdilər. Uşaqlar çox sevinirdilər. Onların hamısı özünü xoşbəxt sayırdı. Mən də çox sevinirdim. Düşünürəm ki, belə tədbirləri tez-tez keçirmək lazımdır”, - deyə tennisçi bildirib.
Xatırladaq ki, Novak Cokoviç "Rogers Cup” turnirinə hazırlaşır. Turnir avqustun 5-11-də Monrealda keçiriləcək.