Şüvəlanda açıq havada şahmat turniri keçirilib

Şüvəlanda açıq havada şahmat turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Idea” şahmat klubunun təşkilatçılığı ilə avqustun 14-də açıq havada şahmat turniri keçirilib. Şüvəlanda yerləşən Uşaq İstirahət və Sağlamlıq Mərkəzində tamaşaçısız keçirilən yarış 12 avqust -Beynəlxalq Gənclər Gününə həsr edilib. Yarışda 60 şahmatçı mübarizə aparıb.

Doqquz turluq mübarizənin sonunda yarışın qalibi, bütün oyunlarını qələbə ilə başa vuran Paşam Əlizadə olub. İkinci yeri 7,5 xalla Rüstəm Rüstəmov, üçüncü yeri isə 7 xalla Yusif Mustafazadə tutublar.
Yarış zamanı iştirakçılar tibbi maskalardan istifadə ediblər. Bundan əlavə, yarışdan əvvəl və turnirin gedişatında iştirakçıların hərarəti ölçülüb.