Karlsen öz turnirində çempion oldu

Karlsen öz turnirində çempion oldu

Dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi rapid üzrə seriya turnirinin final yarışı başa çatıb.
Həlledici mərhələdə amerikalı Hikaru Nakamuranı məğlub edən M.Karlsen turnirin qalibi olub.
Qeyd edək ki, beş yarışdan ibarət seriya turnirinin bir mərhələsində Rusiya təmsilçisi Daniel Dubov, qalan mərhələlərdə isə M.Karlsen qalib gəlib. Turnirin üçüncü mərhələsinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov məğlub olduğu üçün yarışda iştirakını dayandırıb.
Turnirin mükafat fondu 1 milyon ABŞ dolları olub.