Polis basketbolçuya inanmadı

Polis basketbolçuya inanmadı

Keçmiş basketbolçu Gerald Uilkins Atlantada yanacaq stansiyasında iki nəfərə hücum etməsində təqsirləndirilir.

Milli Basketbol Assosiasiyasının (NBA) 56 yaşlı keçmiş oyunçusu qadınla, həmçinin ona kömək etmək istəyən bir kişi ilə dalaşıb. Maraqlıdır ki, G.Uilkins özünü hücum qurbanı kimi qələmə verərək​ polis çağırıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının nümayəndələri keçmiş basketbolçunun sözlərinə inanmayaraq, onu hücumda ittiham ediblər.
Xatırladaq ki, Gerald Uilkins “Nyu-York Niks”, “Klivlend Kavalers”, “Vankuver Qrizzlis” və “Orlando Magic” kimi komandaların şərəfini qoruyub. Amerikalı hücumçu müdafiəçi mövqeyində çıxış edib.