Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının loqosu təqdim edilib

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının loqosu təqdim edilib

2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarının rəsmi loqosu təqdim olunub. Bu barədə Oyunların təşkilat komitəsinin saytında məlumat verilib. “Los-Anceles 2028”in Təşkilat Komitəsi tərəfindən təqdim edilən loqoda LA hərfləri və 28 rəqəmi yer alıb.

Emblemin yaradılması üçün müğənni Billi Ayliş, altıqat Olimpiya çempionu Ellison Feliks, Olimpiadanın qızıl medalçıları Xloya Kim, futbolçu Aleks Morqan, dördqat çempion Maykl Conson, Oyunların iki dəfə qalibi adını qazanmış Simone Manuel öz hekayələrini paylaşıblar.

Olimpiya Oyunları Los-Ancelesdə üçüncü dəfə keçiriləcək. Bu şəhər 1932-ci və 1984-cü illərdə də Olimpiadaya ev sahibliyi edib.