ABŞ 16 xizəksürənə güvənəcək

ABŞ 16 xizəksürənə güvənəcək

ABŞ Xizək və Snoubord Federasiyası Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında xizəksürmə komandasının heyətini açıqlayıb.

Olimpnews.az xəbər verir ki, heyətə səkkizi kişi və səkkizi qadın olmaqla 16 idmançı daxil edilib.

Qadınlar: Cessica Diqqins, Rosi Brennan, Culia Kern, Lauren Yortberq, Kendall Kramer, Novi McKabe, Samanta Smit və Hayli Suirbul.
Kişilər: Ben Oqden, Qus Şumaxer, Ceyms Klinton Şunmeker, Zak Ketterson, Zanden McMullen, Hanter Uonders, Conni Haqenbuş və Zak Yanq.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək. Xizəksürmə yarışları Val di Fiemme bölgəsində təşkil ediləcək.