Polşa üçqat Olimpiya çempionunu fərqləndirdi

Polşa üçqat Olimpiya çempionunu fərqləndirdi

Xizəklətullanma üzrə üçqat polşalı Olimpiya çempionu (2014, 2018) Kamil Stox Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimində ölkəsinin bayrağını daşıyacaq. 

Olimpnews.az BOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu missiyanı Soçi-2014 Olimpiadasında konkisürmə yarışlarının gümüş medalçısı Nataliya Çervonka ilə birlikdə yerinə yetirəcək. 

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milandakı “San Siro” stadionunda keçiriləcək.