Yığmanın hər bir üzvünə böyük bir məbləğ təqdim olunacaq  

Yığmanın hər bir üzvünə böyük bir məbləğ təqdim olunacaq  

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən hər bir ABŞ idmançısına 200 min dollar veriləcək.
Olimpnews.az xəbər verir ki, təşəbbüs ABŞ olimpiyaçılarını dəstəkləmək üçün 100 milyon dollar ayıran maliyyəçi və xeyriyyəçi Ross Stivensdən gəlib. Belə ki, həmin idmançılar ya 20 ildən sonra, ya da 45 yaşına çatdıqda (hansı birinci gəlirsə) 100 min dollar alacaqlar. Qalan məbləğ isə onlar həyatlarını dəyişəndən sonra varislərinə çatacaq.
Ross Stivensin hesablamalarına görə, bu məbləğ Olimpiya və Paralimpiya Oyunları da daxil olmaqla ən azı dörd Qış və Yay Olimpiya Oyunları üçün kifayət edəcək.