İdmançıdan bəd xəbər var

İdmançıdan bəd xəbər var

İspaniyalı tennisçi Karla Suares-Navarro şəxsi Twitter hesabında xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
“Hərkəsə salam. Son bir neçə günümün necə keçidiyi barədə sizə məlumat vermək istəyirəm. Həyatımda növbəti mübarizəyə hazırlaşıram. Mən bunu qəbul edirəm və ümid edirəm ki, həkimlərin köməyi ilə buna qalib gələcəm”, - deyə 31 yaşlı tennisçi bildirib.
Qeyd edək ki, 2019-cu ilin sonunda tennisçi bu il idman karyerasını bitirəcəyini bildirmişdi. Hazırda o, dünya tennisçilər arasında 71-ci pillədədir.