Məşhur tennisçi özünü ələ ala bilmədi - Video

Məşhur tennisçi özünü ələ ala bilmədi - Video

Məşhur tennisçi Novak Cokoviç ABŞ-ın açıq çempionatında (US Open) diskvalifikasiya edilib. Səbəb 33 yaşlı idmançının xətt hakimini topla vurması olub. Serbiyalı tennisçi 1/8 finalda İspaniyalı Pablo Karrenyo-Busta ilə görüşün birinci setində 5:6 hesabı ilə geridə olarkən topu meydanın kənarına sərt şəkildə vurub və top hakimə dəyib. Hakim zərbənin təsirindən yerə yıxılıb.
Turnir təşkilatçılarının insidentlə əlaqədar yaydığı açıqlamada bildirilir ki, Cokoviç "US Open"də qazandığı bütün reytinq xallarını itirəcək və cəzadan əlavə, pul mükafatından cərimə ödəyəcək.