Uşu üzrə Bakı turniri təşkil olunacaq

Uşu üzrə Bakı turniri təşkil olunacaq

Sentyabrın 12-13-də Binəqədi İdman Kompleksinin stadionunda uşunun çinda və sanda növləri üzrə Bakı turniri keçiriləcək.
Yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək yarışda Bakının idman klublarından 150 idmançı medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.