Paytaxtımızda təşkil olunacaq qitə çempionatının iştirakçı sayı açıqlandı

Paytaxtımızda təşkil olunacaq qitə çempionatının iştirakçı sayı açıqlandı

Bakıda keçiriləcək idman gimnastikası üzrə kişilər və qadınlar arasında Avropa çempionatı üçün iştirakçı sayı açıqlanıb. Milli Gimnastika Arenasında dekabrın 9-da start götürəcək yarışda 39 ölkədən 324 gimnast mübarizə aparacaq. Onlardan 159-u böyüklər, 165-i yuniorlardır. Çempionat beş gün davam edəcək.
Qadınların mübarizəsi dekabrın 17-də başlanacaq. Dörd günlük çempionatda 38 ölkədən 157-si böyüklər, 147-si yuniorlar olmaqla, 304 gimnast iştirak edəcək.
Əslində kişilər 27 - 31 mayda Bakıda, qadınlar isə 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə çıxış etməli idilər. Lakin hər iki yarış koronavirus pandemiyası üzündən təxirə salınıb.
21 - 24 mayda isə Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunmalı idi. Bu yarışın taleyinə sentyabrın 28-də aydınlıq gələcək.