Stolüstü tennis turnirinə start verilib

Stolüstü tennis turnirinə start verilib

Şəki Olimpiya İdman Kompleksinin ərazisində açıq havada stolüstü tennis üzrə respublika turniri start götürüb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə turnirdə 10 qız və 10 oğlan komandası mübarizə aparır.
Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan yarışda yalnız region komandaları iştirak edirlər.