Yaponiyalı tennisçi “US Open” turnirinin qalibi oldu

Yaponiyalı tennisçi “US Open” turnirinin qalibi oldu

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib. Ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.
Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.
İyirmi iki yaşlı tennisisçi karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi adını qazanıb.
O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.
Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.
Qeyd edək ki, yarımfinal mərhələsində Naomi ABŞ idmançısı Jennifer Bredini (6:7, 6:3, 3:6), Viktoriya Azarenko isə turnirin altıqat qalibi Serena Vilyamsı (6:7, 6:3, 3:6) məğlub edib.