“Fişer şahmatı” turnirinin qalibləri müəyyənləşib

“Fişer şahmatı” turnirinin qalibləri müəyyənləşib

Dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Hikaru Nakamura ABŞ-ın Sent-Luis şahmat klubunun onlayn təşkil etdiyi “Fişer şahmatı” turnirinin qalibi olublar. Turnir sürətli şahmat qaydalarına əsasən, dairəvi sistem üzrə keçirilib. Yarışın mükafat fondu 150 min ABŞ dolları təşkil edib. Qaliblərin hər biri 31 min 250 dollar qazanıblar.
Hər iki şahmatçı doqquz turda altı xal toplayıb. “Fişer şahmatı” amerikalı qrossmeyster, 11-ci dünya çempionu Bobbi Fişer tərəfindən icad edilən təsadüfi bir şahmat oyunudur. Qaydalara görə, piyadalar istisna olmaqla, bütün qara və ağ fiqurlar üfüqi vəziyyətdə bir-birinə simmetrik şəkildə təsadüfi düzülür və bunun nəticəsində start mövqeyində 960 variant yaranır. Oyunun adı – “960 şahmatı” da buradan əmələ gəlib. Fiqurların bu cür düzülüşü oyunçuların standart debüt kombinasiyalarından istifadəsinə imkan vermir və oyuna daha yaradıcı yanaşma tələb edir. Bu, həmçinin partiyaların daha maraqlı olmasına və kompüterdən müxtəlif debüt variantlarını dərindən təhlil edərək oyuna əvvəlcədən hazırlaşmağı istisna edir.