Zəka sahiblərimiz Avropa çempionatında yarışacaqlar

Zəka sahiblərimiz Avropa çempionatında yarışacaqlar

Sentyabrın 18-20-də 16 yaşadək şahmatçılar arasında onlayn Avropa çempionatı keçiriləcək. Qitə birinciliyində Azərbaycanı 6 idmançı təmsil edəcək. Belə ki, komandamızın heyətində bu yaş qrupunda Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Mələk İsmayıl, Səbinə Rzalı, Nəsrin Babayeva mübarizə aparacaqlar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək.