Zəka sahiblərimiz qitə birinciliyində mübarizə aparırlar

Zəka sahiblərimiz qitə birinciliyində mübarizə aparırlar

Azərbaycan şahmatçılarının da mübarizə apardıqları onlayn Avropa çempionatı davam edir. 6 turdan sonra 18 yaşlı qızlar arasında şahmatçımız Gövhər Beydullayeva 5 xalla 3-cü yerdə qərarlaşıb. On iki yaşlı şahmatçılar arasında isə Cahandar Azadəliyev eyni xalla 3-4-cü yerləri bölüşür.
Qeyd edək ki, qitə birinciliyində 12, 14, 16 və 18 yaşadək şahmatçılar yarışırlar.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.