İdmançı döyüşdən əvvəl huşunu itirdi

İdmançı döyüşdən əvvəl huşunu itirdi

Rusiyalı güləşçi İslam Məmmədov UAE Warriors 13 turniri çərçivəsində koreyalı Kyun Pyo Kimlə döyüşdən əvvəl huşunu itirib. Döyüşçünün səhhətinin pisləşməsinin səbəbi onun ekstremal çəki stabilləşdirməsi olub.
İslam Məmmədovu döyüşdən dörd saat əvvəl Şamil Əminov əvəz edib. Ş.Əminov döyüşdə Koreya rəqibinin öhdəsindən gələ bilməyib. Döyüş birinci mərhələdə Kyun Pyo Kimin qələbəsi ilə yükunlaşıb.
Qeyd edək ki, İ.Məmmədov peşəkar MMA-da 20 görüş keçirib. 30 yaşlı idmançının hesabında 18 qələbə, bir məğlubiyyət və bir heç-heçə var. İslam Məmmədov mərhum Əbdülmanap Nurməhəmmədovun yetirməsi olub. O, həmçinin yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədovla məşq edir.