Gözlənilən döyüş azarkeşsiz keçiriləcək

Gözlənilən döyüş azarkeşsiz keçiriləcək

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov və amerikalı Castin Qetji arasında gözlənilən döyüş azarkeşlər olmadan keçiriləcək. Gözlənilən qarşılaşma UFC 254 turnirinə rəhbərlik edəcək və Abu Dabidə “Döyüş Adası”nda təşkil olunacaq. Qeyd edək ki, promouterə azarkeşlərin zala buraxılmasına və UFC 254-ə biletlərin satışa çıxarılmasına icazə verən plan vaxtında təsdiqlənməyib. Bildirilir ki, döyüşə dəvət olunan qonaqların qarşılaşmanı izləmək imkanı olacaq.
Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Castin Qetji arasında döyüş oktyabrın 24-də keçiriləcək.