Çempionlar Liqası: Qrup mərhələsində ilk tura yekun vuruldu

Çempionlar Liqası: Qrup mərhələsində ilk tura yekun vuruldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun son oyunları keçirilib. A qrupunda "Zaltsburq" Avstriyada Rusiya "Lokomotiv"inə qalib gələ bilməyib - 2:2. Əvəzində turnirin son qalibi "Bavariya" Almaniyada İspaniya "Atletiko"sunu darmadağın edib - 4:0.
B qrupunda hər iki matçın nəticəsi gözlənilməz olub. "Real Madrid" İspaniyada Ukrayna "Şaxtyor"una 2:3 hesabı ilə uduzub. "İnter" isə İtaliyada Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasına məğlubiyyətdən son anda qurtulub - 2:2.
C qrupunda "Mançester Siti" İngiltərədə Portuqaliya "Portu"su üzərində inamlı qələbə qazanıb - 3:1. "Olimpiakos" isə Yunanıstanda Fransa "Marsel"inə minimal hesabla qalib gəlib - 1:0.
Nəhayət, D qrupunda "Ayaks" Niderlandda İngiltərə "Liverpul"una avtoqolla uduzub - 0:1. "Midtüllann"ı isə Danimarkada İtaliya "Atalanta"sı darmadağın edib - 4:0.