Avropa çempionatında mübarizə aparacaq gimnastlarımız müəyyənləşdi

Avropa çempionatında mübarizə aparacaq gimnastlarımız müəyyənləşdi

Noyabrın 26-da Ukraynanın paytaxtı Kiyevdə start götürəcək bədii gimnastika üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin yekun heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışa 11 idmançı yollanıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova böyüklərin, Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova, İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.