Döyüşçü “qızıl qəfəs”ə qayıtmaq istəyir

Döyüşçü “qızıl qəfəs”ə qayıtmaq istəyir

MMA-nın rusiyalı qarışıq üslub döyüşçüsü Aleksandr Yemelyanenko Çeçenistandaki həyatı barədə danışıb. Hazırda Moskvada yaşayan idmançı Çeçenistana qayıtmaq üçün ölkənin rəhbəri ilə danışıqlar apardığını deyib. “Burada problemlərin həllini tapmaq lazımdır. Bu məni çox sıxır. Çeçenistanda isə mən “qızıl qəfəsdə” yaşayırdım və yalnız idman ilə məşğul olurdum. Sakit ərazidə yaşayaraq, idmanla məşğul olub və qələbə qazanmağım daha yaxşıdır”, - deyə döyüşçü bildirib.

Qeyd edək ki, keçirdiyi son döyüşündə A.Yemelyanenko yerlisi Maqomed İsmayılova nakautla məğlub olub. İdmamçının aktivində 28 qələbə və 8 məğlubiyyət var.