Koronavirusa qarşı mübarizə üzrə işçi qrupu yaradılıb

Koronavirusa qarşı mübarizə üzrə işçi qrupu yaradılıb

Pekin-2022 Qış Olimpiya Oyunlarının təşkilatçıları Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Paralimpiya Komitəsi (BPK) ilə birlikdə koronavirusa qarşı mübarizə üzrə işçi qrupu yaradıblar.

Günün ən aktual problemi ilə məşğul olacaq qurumun yaradılması barədə qərar Pekin-2022 Təşkilat Komitəsi, BOK və BPK-nin birgə onlayn iclası zamanı verilib.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Oyunların təşkilatçıları idman obyektlərinin tikintisinin plana uyğun getdiyini və bu ilin sonunadək başa çatdırılacağına əmin olduqlarını bildiriblər.