Şarapova məşqçisini işdən çıxarıb

Şarapova məşqçisini işdən çıxarıb

Rusiyanın tanınmış tennisçisi Mariya Şarapova Tsintsnnatidəki yarışın ikinci turundakı məğlubiyyətdən sonra məşqçisi Cimmi Konnorsla əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, Şarapova adıçəkilən məşqçinin rəhbərliyi altında Tsintsnnatidəki yarışında bir oyun keçirib. Bu oyunda amerikalı tennisçi Sloan Stivenslə qarşılaşan rus gözəli mübarizəni dayandırıb.
Xatırladaq ki, Konnors bu ilin iyulunda Şarapova ilə işləməyə başlayıb. Ondan əvvəl rusiyalı tennisçi isveçli məşqçi Tomas Noqstedlə 3 il birlikdə çalışıb.