Tennisçi ən ali mükafata layiq görülüb

Tennisçi ən ali mükafata layiq görülüb

İspaniyalı tennisçi Rafael Nadal İkinci mayanın ordeni Böyük xaça layiq görülüb. Bu Madridin ən ali mükafatı hesab olunur.

Ordeni tennisçiyə cəmiyyətin prezidenti İsabel Dias Anyuso təqdim edib. Məlumata görə, R.Nadal mükafatı “nümunə, sadiqlik və ümumiyyətlə idmana və həyata münasibət” üçün layiq görülüb.

“Madrid cəmiyyətinə, onun prezidentinə, Madridin bütün sakinlərinə layiq görüldüyüm şərəfə görə çox minnətdaram”, - deyə idmançı istaqram səhifəsində yazıb.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında İspaniyan hakimiyyəti Rafael Nadalı idmanda qazandığı nailiyyətlərə görə Kral ordeni ilə təltif edib.

R.Nadal idmançının əldə edə biləcəyi ən yüksək Böyük xac mükafatına layiq görülüb.