WTA mövsümü digər ölkələrdə başlaya bilər

WTA mövsümü digər ölkələrdə başlaya bilər

WTA 2021-ci il yeni mövsümünü Avstraliyanın hüdudlarında başlamasını planlaşdırır. Bir müddət əvvəl Avstraliya tennis Federasiyasının başçısı Kreyq Tili, Avtraliya 2021 açıq çempionatının fevralın 8-nə təxirə salınmasını təsdiq etmişdi.
“Hər bir halda, “Australian Open” turnirinin təşkil olunacağını gözləyirik. Oyunçular Avstraliyaya gəldikdən sonra karantində olacaqlar. Bu isə yanvar ayında bir qədər çətinliklər yaradacaq. Yanvarın 4-də turnirə başlamaq üçün gələn həftə bütün problemləri həll edəcəyimizə ümid edirik. Hesab edirəm ki, biz mövsümü yaxşı bir yerdə başlayıb, daha sonra Avstraliyaya qayıda bilərik və ümumilikdə əla bir il keçirə bilərik”, - deyə WTA-nın başçısı Stiv Saymon bildirib.
Qeyd edək ki, 2020-ci ildə WTA-nın mövsümünə Brisben, Şençjen və Oklenddı start verilib. Lakin hazırda koronavirus pandemiyası səbəbi ilə Çin və Yeni Zelandiyada da ciddi məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən WTA mövsümü digər ölkələrdə başlamağa hazır olduğunu deyib.