Son 70 ilin ən yaxşı idmançısı

Son 70 ilin ən yaxşı idmançısı

“Böyük dəbilqə” turnirinin 20 qat qalibi Rojer Federer son 70 ildə İsveçrənin ən yaxşı idmançısı seçilib. Tennisçi 49,1 faiz səs toplayıb. Sorğuda ikinci yeri 12,2 faiz səs ilə dördqat Olimpiya çempionu xizəkçi Dario Koloniya tutub. Üçüncü pillənin sahibi isə Olimpiya çempionu dağ xizəkçisi Pirmin Surbriggen (12 faiz) olub. Qadınlarda arasında birinci pilləni 41 faiz səs ilə üçqat Olimpiya çempionu dağ xizəkçisi Freni Şnayder qazanıb. “Belə çempionlar arasında olmaq qeyri-adi bir hissdir. Bu gün biz hamımız qalib gəldik, çünki idmana olan hirsimizi hiss edirik. Siz məni çox ruhlandırdınız. Mən komandam olmadan heçnəyə nail ola bilməzdim”, - deyə R.Federer mükafatlandırma mərasimində bildirib.