Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

Üçüncü Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

Olimpiya idman növü olan müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib. 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında atletlər idmanın bu növü üzrə də medallar uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, idmançılar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək şansı da qazanacaqlar.

Qeyd edək ki, üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.