Turnir təşkilatçıları məhkəməyə verilməklə hədələnir

Turnir təşkilatçıları məhkəməyə verilməklə hədələnir

Avstraliya Açıq Çempionatının təşkilatçıları yarışlara bir ay qalmış yeni problemlə üzləşiblər. Belə ki, Melburnda yerləşən hotellərin birindəki mənzil sahibləri, idmançıları karantin səbəbi ilə bu hotelə yerləşdirməyi planlaşdıran təşkilatçıları məhkəməyə verəcəklərini bildiriblər. “Westin Melbourne” hotelindəki mənzillərin sahibləri sağlamlıqları üçün narahat olduqlarını və ümumiyyətlə, xarici oyunçuların hotelə yerləşdirilməsinə razılıq vermədiklərini deyiblər. “Mənim 84 yaşım var və risk qrupuna daxiləm. Belə bir qərarı bizimlə razılaşmadan aldıqları üçün mən dəhşət içindəyəm”,- deyə mənzil sahiblərindən biri qeyd edib.
Qeyd edək ki, tennisçilər Melburna yanvarın ortasında gələcəklər. Qaydaya görə, idmançılar 14 günlük karantin rejmini keçməlidirlər.
Xatırladaq ki, Australian Open turniri fevralın 8-21-də keçiriləcək.