Güllə atıcılığı üzrə Avropa çempionatı mayın 23-dən iyunun 6-dək Xorvatiyanın Osiek şəhərində keçiriləcək. Qitə təmsilçiləri Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan çempionatda tapança və tüfəngdən 10, 25, 50 və 300 metr məsafələrə atəşaçma yarışlarında iştirak edəcəklər.
Bundan əvvəl qitə turnirinin Finlandiyanın Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
Qitə çempionatında güllə atıcılarımız da iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Avropa çempionatının keçirilmə vaxtı və məkanı açıqlandı