Olimpiya Təsnifat Turniri təxirə salınır

Olimpiya Təsnifat Turniri təxirə salınır

Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan sinxron üzgüçülük üzrə Olimpiya Təsnifat Turnirinin təxirə salınması planlaşdırılır. Buna səbəb Yaponiyada koronavirusa görə fevralın 7-

dək fövqəladə vəziyyətin tətbiq edilməsidir. Səlahiyyətli nümayəndələr müddəti daha bir ay uzatmaq niyyətindədirlər. Bu tədbirlər çərçivəsində əvvəlcədən əcnəbi və xaricdən ölkəyə qayıdan yaponiyalı idmançılar üçün güzəştlər ləğv edilib. Beynəlxalq Üzgüçülük Federasiyası, Tokio-2020-nin Təşkilat Komitəsi və Yaponiya Üzgüçülük Federasiyası yarışın aprel və ya may aylarına təxirə salınma variantını müzakirə edir. Turnirin daha əvvəl martın 4-7-də keçirilməsi planlaşdırılırdı.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb.