Rafael Nadal ATP Cup-dan imtina etdi

Rafael Nadal ATP Cup-dan imtina etdi

İspaniyalı tennisçi Rafael Nadal ATP komanda turnirinin ilk oyunundakı çıxışından imtina edib. “Hər kəsə salam. İspaniya və mənin komandam ilə Melburnda keçirilən ATP cup turnirinin ilk oyununda  çıxış etməyəcəyimə qərar verdik. Bu qərarın səbəbi isə kürəyimdə olan ağrılardır. Ümid edirəm ki, sabah özümü yaxşı hiss edəcəyəm. Buna baxmayaraq, bizim onsuz da güclü komandamız var. İrəli, İspaniya!”,- deyə tennisçi Twitter hesabında yazıb.
Qeyd edək ki, R.Nadalın bu gün, fevralın 2-də avstraliyalı Aleks de Minor ilə qarşılaşması gözlənilirdi.