Kütləvi dava diskvalifikasiya ilə nəticələndi

Kütləvi dava diskvalifikasiya ilə nəticələndi

Rusiyanın paytaxtı Moskvada “Urban League” həvəskar futbol turniri zamanı kütləvi dava düşüb. Hadisə “Qızıl pley-off” oyununun yarımfinalında “World Class” və “Futbolda” komandaları arasında baş verib. Dava qarşılaşmanın 56-cı dəqiqəsində hesab 6:3 “World Class” klubunun xeyirinə olduğu zaman futbolçulardan biri, digərinə irad bildirməsi ilə başlayıb.
“Futbolda” komandasının oyunçusu Arbi Dudayev əvvəlcə “World Class” klubunun futbolçusu Aleksandr Antonova zərbə endirib. Daha sonra əsəblərinə hakim olmayan idmançı məşqçini və İlya Madilova hücum edib. Bundan sonra məsələ daha da böyüyərək, kütləvi dava halını alıb. Belə ki, “Futbolda” komandasının qapıçısı Radik Kloyan “World Class”ın qolkiperi Dmitriy Şevçenkoya hücum edib.
Nəticədə Arbi Dudayev qırmızı verəqə alaraq, müddətsiz diskvalifikasiya olunub. Radik Kloyana isə turnirin beş oyununa çıxmaq qadağası qoyulub.
Qeyd edək ki, oyun “World Class” komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.