Qış Olimpiya Oyunları üçün test yarışları keçirilir

Qış Olimpiya Oyunları üçün test yarışları keçirilir

2022-ci ildə Çində təşkil olunacaq Qış Olimpiya Oyunları üçün test yarışları keçirilir. Pekin-2022-nin Təşkilat Komitəsi aprelin 10-dək beş idman obyektində yeddi yarışın keçirilməsinə nəzarət edir. Turnirlər çərçivəsində yarışın təşkilatçılıq səviyyəsini, obyektlərin işini, könüllülərin fəaliyyətini və təhlükəsizliyi yoxlamaq planlaşdırılıb.
Həmçinin arenalarda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və məşqçilərin, işçilərin və idmançıların sağlamlığını qorumaq, ictimai yerləri dezinfeksiya etmək üçün ciddi tədbirlər görüləcək.
Qarşıdan gələn qışda Çində şort trek, fiqurlu konkisürmə, sürətlə konkisürmə, bobsley və skeleton idman növləri üzrə məşq həftələri və beynəlxalq yarışlar keçirilməlidir. Bu siyahıya digər idman növləri də əlavə edilə bilər.