“Qətər-2022”də yeni metoddan istifadə olunacaq

“Qətər-2022”də yeni metoddan istifadə olunacaq

FIFA 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında oyundankənar vəziyyətin aşkarlanması ilə bağlı yeni metoddan istifadə edəcək. Bu barədə FIFA-nın futbolun qlobal inkişafı departamentinin rəhbəri Arsen Venger açıqlama verib.
A.Vengerin bildirib ki, ofsaydın avtomatik sübut edilməsi sistemi 2022-ci ilədək hazır olacaq. Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq.
Qeyd edək ki, dünya çempionatı gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.